• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bədii yaradıcılıq festivalının yekun konserti

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri  Səttar Möhbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, xüsusilə, təhsil sahəsinin sürətlə inkişaf etdiyini vurğulayıb və bu uğurlu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Firudin Qurbanov bildirib ki, bu il festivalda respublika üzrə ümumilikdə 17 ali məktəb və 10 kollec qatılıb. 2 mərhələdə keçirilən festivalda  800-ə yaxın tələbə iştirak edib.

Çıxışının sonunda nazir müavini tələbələrə uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Səttar Möhbalıyev bədii yaradıcılıq festivalının şagird və tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, istedadlı gənclərin aşkarlanması baxımından əhəmiyyətli rolunu qeyd edib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələri vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, istedadlı gəncləri üzə çıxarmaq və onların bədii-estetik səviyyəsini yüksəltməkdir.


4 il əvvəl