• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İspaniya təcrübəsi öyrənilir

Təhsil Nazirliyi, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərinə işgüzar səfər edib.

Səfərin məqsədi təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya Krallığının təcrübəsi ilə tanış olmaq və Azərbaycanda tətbiqi imkanlarını öyrənməkdir.

Səfər çərçivəsində Barselona şəhərində yerləşən İESE Biznes Məktəbinin Dövlət Özəl Tərəfdaşlıq Mərkəzi, həmçinin Kataloniya əyalətinin Təhsil, Tədqiqatlar, Maliyyə nazirliklərinin rəhbərlikləri ilə görüşlər reallaşdırılıb. Muxtar əyalətin təhsil sistemi haqqında məlumat əldə edilib, özəl sektorun müxtəlif təhsil pillələrindəki rolu, maliyyələşdirmə mexanizmləri, o cümlədən dual peşə təhsili istiqamətindəki layihə nəzərdən keçirilib.

4 gün davam edən təlim zamanı dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil, peşə və ali təhsil müəssisələrində görüşlər baş tutub.

Səfər Avropa İttifaqının maliyyələşdirdiyi “Dövlət-özəl sektor tərəfdaşlığı vasitəsi ilə təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması” layihəsi çərçivəsində həyata keçirilib.


4 il əvvəl