• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbə-könüllülər yeni aksiyaya başlayır

“BİR” tələbə-könüllülərinin təşəbbüsü ilə “Şuşa yalnız xatirələrdə qalmasın” adlı aksiyaya start verilir.

Aksiyanın məqsədi işğalından 27 il ötən Şuşanı tanıtmaq, tələbə-könüllülərin milli ruhunu və vətən sevgisini ön plana çıxarmaqdır.

Aksiya çərçivəsində “BİR” tələbə-könüllülər Şuşa ilə bağlı faktları, xatirələri, şəkilləri, videoları ictimaiyyətin diqqətinə çatdıracaqlar.

Mayın 9-dək davam edəcək aksiyaya qoşulan hər kəs Şuşa haqqında fakt, şəkil, xatirə və ya hər hansı bir mətni #birşuşaxatirəsi#shushamemories həştəqləri ilə sosial şəbəkədəki şəxsi səhifələrində paylaşacaqlar.

Aksiya çərçivəsində şuşalıların doğma yurdları ilə bağlı xatirələrinin əks olunduğu videoçarx hazırlanacaq. Hər kəs aksiyaya qoşulmağa dəvət olunur.  

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.


4 il əvvəl