• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yaponiyada təhsil təqaüd proqramı

Yaponiyada 2019-2020-ci tədris ili üzrə magistratura, doktorantura və ya tədqiqat səviyyələri üzrə təqaüd proqramı elan olunub.

Təqaüd proqramına sənəd qəbulu 2019-cu il iyunun 10-dək həyata keçiriləcək. Namizədlər arasında ingilis və yapon dillərini bilənlərə üstünlük veriləcək.

Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar sənədlərini qeyd olunan tarixə kimi Yaponiyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.


4 il əvvəl