• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv məktəblərin əlaqələndiricilərinin illik toplantısı keçirilib.

Toplantıda ASPnet-in Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran təmsilçiləri il ərzində görülmüş işlərlə bağlı hesabat verib, iştirakçılar müvafiq portaldan (OTA) istifadəyə  aid tətbiqi təlimatlarla tanış olublar. Tədbirdə həmçinin məktəblərin fəaliyyətini dünyadakı tərəfdaş məktəblərə təqdim etmək, yeni əməkdaşlıqlar qurmaq yolları barədə fikir mübadiləsi aparılıb, mövcud onlayn resurslar barədə informasiya verilib.

Qeyd edək ki, ASPnet 1953-cü ildə əsası qoyulmuş, 182 ölkədə 10 000-dən çox təhsil müəssisəsini birləşdirən qlobal şəbəkədir. ASPnet YUNESKO-nun “Hamı üçün təhsil“ məqsədini dəstəkləyir. Bu şəbəkə məktəbləri beynəlxalq anlaşma və sülhün təmin edilməsinə dəstək olmağa təşviq edir. Şəbəkə YUNESKO ideyalarına, o cümlədən XXI əsrdə öyrənmənin 4 sütünuna xüsusi diqqət yetirir: bilik öyrənmək; bacarıq öyrənmək; yaşamağı öyrənmək; birgə yaşamağı öyrənmək.

Azərbaycanın  18 təhsil müəssisəsi  2000-ci ildən bu şəbəkənin üzvüdür. “ASPnet Azərbaycan”a daxil olan təhsil müəssisələri öz regionları üzrə qabaqcıl ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçası, peşə təhsili, müəllimlərin davamlı peşəkar inkişafı ilə məşğul olan əlavə təhsil müəssisəsi kimi fərqli profillərə mənsubdur. Şəbəkə dayanıqlı gələcəyi formalaşdırmaq üçün hər bir insana lazım olan bilik, bacarıq, davranış və dəyərlər əldə etməyə imkan yaradan, dayanıqlı inkişafı öyrədən təhsili təmin etməyə yardımçıdır.  Bu təhsil müəssisələrində il ərzində BMT-nin qlobal məqsədlərinə həsr edilmiş “Dünyanın ən böyük dərsləri” və YUNESKO-nun əlamətdar günləri ilə bağlı kampaniyalar keçirilir.  

 “ASPnet Azərbaycan”ın son irimiqyaslı kampaniyası 2018-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın dəstəyi ilə keçirilib. Həmin kampaniya çərçivəsində hər bir şəbəkə məktəbi YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzvlüyü əks etdirən xüsusi adlı lövhələrlə təmin edilib.   

Azərbaycanda ASPnet-in işi şəbəkənin üzvü olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən koordinasiya edilir.


4 il əvvəl