26.04.2019 10:10

“Bizim müəllim”

“Bizim müəllim” layihəsində bu dəfə Azərbaycan dili və ədəbiyyat müəllimi Aytac Ziyadxanlını tanıyacaqsınız.

Aytac Ziyadxanlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 59 bal toplayıb. Dediyinə görə, 2018-2019-cu tədris ilində öz ixtisası üzrə respublikada ən yüksək nəticəni məhz o göstərib.

Uşaqlıq arzusuna çatan Aytac Ziyadxanlı hazırda İsmayıllı rayonu R.Ocaqov adına Buynuz kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


Açar sözlər: ,