• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

#HərGünOxu kampaniyasına qoşulun!

Təhsil Nazirliyi tərəfindən #HərGünOxu kampaniyası başlanılıb. #HərGünOxu kampaniyası mütaliə həvəsinin artırılmasına xidmət edir. 

Kampaniyaya qoşulmaq istəyənlər sosial şəbəkələrdə oxuduqları kitablardan ən sevdikləri sitatı paylaşmalı, #HərGünOxu və #Challenge həştəqlərini yazmalı, eləcə də dostlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

Unutmayaq ki,  hər gün 20 dəqiqə kitab oxumaq tənqidi düşüncə formalaşdırır, yaradıcılıq bacarığını və dünyagörüşünü inkişaf etdirir.


4 il əvvəl