• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb

Aprelin 22-də təhsil naziri Ceyhun Bayramov İstanbul Texniki Universitetinin (İTU) rektoru Mehmet Karaca ilə görüşüb. Görüşdə, həmçinin İTU-nun  rektor köməkçisi Lütfihak Alkpan və İTU-nun Memarlıq fakültəsinin dekanı Mehmet Murat Gül iştirak edib.

Görüşdə İTU ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.


4 il əvvəl