• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ceyhun Bayramov Ankara, İstanbul və İzmir milli təhsil idarələrinin müdirləri ilə görüşüb

17 aprel 2019-cu il tarixində təhsil naziri Ceyhun Bayramov Ankara milli təhsil idarəsinin müdiri Turan Akpınar, İstanbul milli təhsil idarəsinin müdiri Levent Yazıcı və İzmir milli təhsil idarəsinin müdiri Ömer Yahşi ilə görüşüb. Görüşdə, həmçinin Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil müşaviri Mahmut Ağırman iştirak etmişdir.

Görüşdə ümumtəhsil, peşə və xüsusi təhsil üzrə ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilmişdir.


4 il əvvəl