17.04.2019 16:50

Məktəblilərimiz beynəlxalq olimpiadaya hazırlıq təlimlərində

Azərbaycanlı şagirdlər 30-cu Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq proqramı çərçivəsində Tehran Universitetinin nəzdində təşkil olunan təlimlərdə iştirak edirlər.

Aprelin 26-dək davam edəcək təlimlərdə şagirdlərimiz  həm nəzəri, həm də praktiki biliklərini təkmilləşdirəcəklər. Peşəkar müəllimlər tərəfindən keçirilən hazırlıq təlimlərində şagirdlərə laboratoriyada maddələrlə davranmaq, kimyəvi və bioloji əməliyyatları icra etmək qaydaları öyrədiləcək. Bundan əlavə, iştirakçılara biokimya, heyvan, bitki fiziologiyası, hüceyrə biologiyası və genetika ilə bağlı yeni məlumatlar veriləcək.

Qeyd edək ki, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması, şagirdlərin hazırlıq prosesinin təkmilləşdirilməsi istiqamətində müxtəlif ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq çərçivəsində onların elmi-praktiki bazasından və müəllim-professor heyətinin təcrübəsindən istifadə olunur.


Açar sözlər: ,  ,