• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Mən öz gələcəyimi seçirəm” seminarları davam edir

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan seminarlar davam edir.

Aprelin 16-da  Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən seminarda ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron “Mən öz gələcəyimi seçirəm” mövzusunda çıxış edib.

700-ə yaxın yuxarı sinif şagirdinin iştirakı ilə keçirilən seminarın əsas məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması və məktəblilərin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır.

Seminarda videofilm nümayiş etdirilib, müzakirələr aparılıb, daha sonra xarici ekspert tərəfindən şagirdlərin sualları cavablandırılıb.

Seminarda Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, sözügedən seminarın aprel 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, aprelin 18-də isə Azərbaycan Texniki Universitetində keçirilməsi nəzərdə tutulur.


5 il əvvəl