• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq olimpiadalardan 17 medal

Cari tədris ilində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında uğur qazanaraq ölkəmizə 1 qızıl, 6 gümüş və 10 bürünc medal olmaqla, ümumilikdə 17 medal gətiriblər.

Şagirdlərimizin digər beynəlxalq olimpiadalarda da iştirakı gözlənilir. Belə ki, azərbaycanlı məktəblilər riyaziyyat fənni üzrə Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Beynəlxalq Riyaziyyat Olimpiadası, fizika fənni üzrə Avropa Fizika Olimpiadasına qatılacaqlar.

Eyni zamanda Beynəlxalq Fizika Olimpiadası, Beynəlxalq Mendeleyev Kimya Olimpiadası, Beynəlxalq Kimya Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, Beynəlxalq İnformatika Olimpiadası və  Beynəlxalq Biologiya Olimpiadasında da məktəblilərimizin iştirakı nəzərdə tutulub.  

Qeyd edək ki, olimpiadalara hazırlıq proqramı çərçivəsində seçilmiş şagirdlər yerli və əcnəbi müəllimlərin dərslərində, müxtəlif ölkələrdə keçirilən hazırlıq təlimlərində iştirak edirlər.

Hazırda ölkəmizdə səfərdə olan Moskva Fizika-Texniki İnstitutunun professorları tərəfindən fizika fənni üzrə Beynəlxalq Olimpiadada iştirak edəcək komandanın üzvlərinə təlimlər keçirilir. Təlimlər mayın 1-dək davam edəcək.


5 il əvvəl