• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinə yekun vurulub

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumi təhsil məktəblərindən 2000 nəfər IV-XI sinif şagirdi fərdi, kollektiv, siniflə və ya ailəvi olaraq iştirak edib. Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin regional şöbələrinin əməkdaşları məktəblilərə təcrübəçilik işlərinin təşkilində yaxından köməklik göstərib.

 Müsabiqə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində iştirakçılar üçün "dəyirmi masa" təşkil olunub.

Zona mərhələsinin qalibi olan 100 şagird respublika müsabiqəsinin yekun mərhələsində iştirak etmək hüququ qazanıb.

İştirakçılar il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdirib. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı təcrübəçilik işlərinin müəllifləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif olunub.

Müsabiqənin əsas məqsədi Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə məktəblilərin maarifləndirilməsindən ibarətdir.

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsi Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə keçirilir.


5 il əvvəl