• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsil Mərkəzində təlimlər

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yerli və xarici ekspertlər tərəfindən master-klass təlimləri keçirilir.

Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisəsinin müəllim-pedaqoji heyəti, tələbələr və layihənin nümayəndələri iştirak edir.

Master-klass təlimləri aprelin 6-da da davam edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq mütəxəssislər tərəfindən təqdim edilmiş müasir avadanlıqların istifadəsi qaydaları ilə tanışlıqdır.

Layihə çərçivəsində mərkəzdə tədris olunacaq yeni “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Dağ mədən işləri üzrə mütəxəssis”, “Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis”, “Plastik boru qaynaqçısı”, “Tornaçı” ixtisasları üzrə müasir standartlara cavab verən emalatxana yaradılıb və lazımi avandanlıqlarla (CNC maşınlar, böyük politilen və etilen plastik qaynaq avadanlıqları, soyutma və isitmə avadanlıqları, ölçmə cihazları, torna cihazları və s.)  təchiz edilib.


5 il əvvəl