• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“BİR” könüllülərdən yeni kampaniya

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının üzvləri “Şəhidimiz” kampaniyasına dəstək veriblər.

“Şəhidimiz” kampaniyası aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələrinə dəstək məqsədilə başladılıb.

Kampaniya çərçivəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın paytaxtda yaşayan ailələrini ziyarət edib, onlarla həmsöhbət olublar.

“Şəhidimiz” kampaniyası çərçivəsində həmçinin 3 aprel tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunan tədbirdə “BİR” Tələbə-Könüllü proqramının 130-dan çox üzvi iştirak edib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğu, hörmət və ehtiramla yad edildiyi xüsusi qeyd olunub. Bildirilib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə “Şəhidimiz” kampaniyası çərçivəsində hazırlanan, şəhidlərimizin ailə üzvlərinin videolarından ibarət çarxlar nümayiş olunub.

Qeyd edək ki, milli könüllü platforması kimi “Bir” Tələbə-Könüllü proqramının 20,000-dən çox üzvi var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verib.

“Bir” Tələbə-Könüllü proqramına qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.


5 il əvvəl