• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Quba rayonunda

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Quba rayonuna səfər edib.

Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonun Zizik və Qaraçay kənd, Quba şəhər 3 nömrəli  tam orta məktəblərinə və Texniki-təmayüllü liseyə baş çəkib,  adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub, həmçinin həmin məktəblərin X və XI siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlarla peşə seçimi və fənn olimpiadalarının əhəmiyyəti barədə söhbət aparıb.

Nazir müavini eyni zamanda Qəçrəş kənd tam orta məktəbində rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə də görüş keçirib. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.


5 il əvvəl