• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qazaxıstanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına iddiaçılar cari ilin aprelin 9-dək Azərbaycanın Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər.. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Təhsil haqqı, tədris vəsaitləri, yataqxana, tibbi xidmət xərcləri, aylıq təqaüd Qazaxıstan tərəfindən qarşılanacaq. Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycanın  Təhsil Nazirliyi tərəfindən ödəniləcək.

Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.


5 il əvvəl