• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Kollegiya iclası keçirilib

Martın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə mühüm islahatlar həyata keçirilir.

İclasda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası, bakalavriat səviyyəsi üzrə yeni təsnifat, ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşkilinin təkmilləşdirilməsi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, məktəbdənkənar fəaliyyətin təşkili, “Təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, təsdiqlənməsi və nəşrinin təmin edilməsi Qaydaları”, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası barədə məsələlər müzakirə olunub, təqdimatlar dinlənilib.

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

İclasın sonunda Təhsil Nazirliyinin bəzi struktur bölmələrinin Əsasnamələri təsdiq olunub.


5 il əvvəl