BDU-nun rektoru Elçin Babayev kollektivə təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Elçin Babayev universitetin kollektivinə təqdim edilib.
Rektoru təqdim edən təhsil naziri Ceyhun Bayramov Elçin Babayevin iş təcrübəsi barədə məlumat verib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb və bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və dövlət başçısının təhsil sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.
5 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16.04.2024 - 11:00 -
Tələbələr arasında stolüstü tennis üzrə çempionat keçirilib
15.04.2024 - 17:07