Cocuq Mərcanlıda keçirilən “Qayıdış” Yaz Məktəbi başa çatıb
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə sosial korporativ məsuliyyət çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən 3 günlük “Qayıdış” Yaz Məktəbi başa çatıb.
Yaz məktəbində Cocuq Mərcanlı kənd tam orta məktəbi və Fizuli rayonu Qazaxlar kənd orta məktəbindən 60-dan çox şagird iştirak edib.
“Qayıdış” Yaz Məktəbinin birinci günü intellektual, ikinci günü incəsənət və yaradıcılıq, üçüncü gün isə kiçik sahibkarlıq, maliyyə savadlılığı mövzularında keçirilib və iştirakçıların yüksək marağına səbəb olub. İştirakçıların hər birinə Yaz Məktəbinə məxsus hədiyyələr verilib.
Yaz Məktəbinin təşkilində və təlimlər zamanı tələbə-könüllülər uğurla fəaliyyət göstəriblər.
“Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır.
Yaz Məktəbi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Bd Kids” və “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Qeyd edək ki, aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir.
5 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30