• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Birinci sinfə qəbulla bağlı suallara cavab

Bu il birinci sinfə qəbul prosesi necə keçiriləcək, hansı yeniliklər gözlənilir?

“Təhsil” televiziyasının “Həftənin sualı” verilişinin martın 7-si saat 11.00-da nazirliyin saytı və  “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq buraxılışında birinci sinfə qəbulla bağlı bütün suallara aydınlıq gətiriləcək.

Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsi cavablandıracaq.

Vətəndaşlar ümumi təhsilə dair suallarını canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərlər.


5 il əvvəl