• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Lənkəran Dövlət Universitetində ilk “Novruz mühazirəsi”

Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilir.

Əvvəlcə mühazirə iştirakçıları Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş kimya və biologiya laboratoriyaları, müəllimlər üçün qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tələbə korpusunun tikintisi ilə tanış olublar.

Universitetin turizm tədris-təcrübə bazasının ərazisində BDU-nun 100 illik yubileyi münasibəti ilə 100 ağac əkilib.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov, universitetin professor-müəllim heyəti, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak edir.

 


5 il əvvəl