• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Lənkəran şəhərindədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərində olub.

Nazir müavini Gərmətük kənd tam orta məktəbinə və şəhər 6 nömrəli məktəb-liseyə baş çəkib, sinif otaqlarının, laboratoriyaların vəziyyəti ilə tanış olub, tədris prosesini izləyib.

Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə təhsil ocağının uğur qazanmış idmançıları ilə görüşən Məhəbbət Vəliyeva ibtidai siniflərdə şagirdlərin oxuyub-anlama bacarıqlarına yiyələnmə vəziyyəti ilə də maraqlanıb. Məktəbin şagirdlərinə qrup tapşırıqları verən nazir müavini sonra məktəblilərin həmin tapşırıqlar üzrə təqdimatlarını dinləyib.

Daha sonra Məhəbbət Vəliyeva Lənkəran Dövlət Universitetinin akt zalında rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb, onlara məktəblərdə metodiki işin təşkili, qiymətləndirmə məsələləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.


5 il əvvəl