• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanda “Oxu günü” keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

Əmrdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur. Bununla əlaqədar “Oxu günü” çərçivəsində tədbirlərə aprelin əvvəlindən başlamaq və bu tədbirləri aprelin 23-də keçiriləcək “Oxu günü” ilə yekunlaşdırmaq daha məqsədəuyğun hesab edilir.

“Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılacaq, məktəblərdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil ediləcək. Şagirdlərin iştirakı ilə məktəblərdə ədəbi-bədii gecələr, qiraət axşamları və poeziya saatlarının keçirilməs, Azərbaycan yazıçılarının dram əsərlərindən parçaların səhnələşdirilməsi, məktəblərdə “Oxu günü” nə həsr olunmuş sinif divar qəzetləri və bülletenlərin xüsusi nömrələrinin buraxılması, şagirdlərin rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulur.

Əmrdə həmçinin aprel ayında anadan olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin (Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Mir Cəlal Paşayev) məktəblərdə anım günlərinin keçirilməsi, onların həyat və yaradıcılığı haqqında şagirdlərə zəruri məlumatlarının verilməsi öz əksini tapıb.

Ölkə Prezidentinin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar məktəblərdə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət “Poeziya günü” təşkil olunacaq. Azərbaycanın tanınmış yazıçıları, ədəbiyyatşünas alimləri ilə görüşlər və xatirə gecələri keçiriləcək.


5 il əvvəl