“Novruz mühazirələri”nə başlanılır
Martın 5-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılır.
Bakı Dövlət Universitetinin və Qazax Müəllimlər Seminariyasının 100 illik yubileylərinə həsr olunmuş builki “Novruz mühazirələri”nin Lənkəranda, Bakıda və Qazaxda keçirilməsi planlaşdırılır.
“Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” Lənkəran Dövlət Universitetində baş tutacaq. Mühazirədə tarix elmləri doktoru, professor Anar İsgəndərov Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, onun mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə çıxış edəcək.
Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.
“Novruz mühazirələri”nin informasiya dəstəyi Real televiziyasına və Onlayn Xəbər Agentliyinə (ONA) məxsusdur.
5 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30