• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavininin cəbhə bölgəsinə səfəri başa çatıb

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarına səfəri başa çatıb.

Səfər çərçivəsində nazir müavini Füzuli rayonunda Horadiz şəhər 3 nömrəli tam orta, Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəblərdə olub. Adıçəkilən məktəblərin pedaqoji kollektivləri ilə görüşən Məhəbbət Vəliyeva onlara metodiki tövsiyələrini verib.

Nazir müavini həmçinin Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edib, Füzuli Rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevlə, ictimaiyyət nümayəndələri ilə görüşüb.

Daha sonra Beyləqan rayonuna səfər edən Məhəbbət Vəliyeva 3 nömrəli tam orta məktəbdə olub, dərs prosesini izləyib.

Nazir müavini Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə təhsil sahəsində həyata keçirilən islahatlar, qarşıda duran prioritetlər barədə ətraflı danışan Məhəbbət Vəliyeva mövcud problemlərin aradan qaldırılması üçün tövsiyələr verib.

Nazir müavini Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə də görüşüb. Səfər çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Füzuli rayonu 24 nömrəli modul tipli məktəbə də baxış keçirilib, tədris prosesi izlənilib.

Ağcabədi rayonuna da səfər edən nazir müavini rayonda yerləşən Laçın rayonu Taxtakörpü  qəsəbə tam orta məktəbinə baş çəkib. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ilə birlikdə Taxtakörpü qəsəbəsində yerləşən məktəblərin rəhbərləri, gənc müəllimlərlə görüşən Məhəbbət Vəliyeva ictimaiyyət nümayəndələrinin müraciətlərini də dinləyib.  

Ağcabədi rayonunda yerləşən Xocavənd kənd 2 nömrəli tam orta məktəbə baxış keçirən nazir müavini təhsil müəssisəsinin qəzalı vəziyyətdə olan binası ilə tanış olub, yeni binanın tikintisi imkanlarının araşdırılacağını deyib. Məhəbbət Vəliyeva Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla birlikdə 9 və 8 nömrəli tam orta məktəblərə baxış keçirib, müəllimlərlə görüşüb, dərs prosesini izləyib.

 Daha sonra Ağcabədi şəhəri 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçiilib.

Səfər çərçivəsində Ağdam rayonunda olan nazir müavini təmas xəttində yerləşən Ayaqqərvənd və İmamqulubəyli kənd tam orta məktəblərinə baxış keçirib, məktəblərin pedaqoji kollektiivləri, ictimaiyyət nümayəndələri ilə görüşüb.

Səfər zamanı Məhəbbət Vəliyeva həmçinin Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb, açılışı olacaq modul tipli 85 nömrəli tam orta məktəbə və Quzanlı qəsəbə tam orta məktəbinə də baş çəkib.

Nazir müavini daha sonra təmas xəttində yerləşən Əhmədağalı kənd tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin direktorları ilə keçirilən görüşdə onları narahat edən problemləri dinləyib, öz tövsiyələrini verib.


5 il əvvəl