• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları  Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşündə iştirak edib.

Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə qərənfillər düzülüb,  faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.


5 il əvvəl