23.02.2019 13:00

“Peşəkar ol” proqramının yekun tədbiri

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda pedaqoji ali məktəblərdə təhsil alan tələbələr üçün "Peşəkar ol" proqramına yekun vurulub. Proqramın budəfəki iştirakçıları Azərbaycan Dillər Universitetinin 36 tələbəsi olub. Gələcəyin müəllimlərinə peşəkar dəstək məqsədi daşıyan layihə 16 saatlıq proqram əsasında həyata keçirilib.

Tələbələr "Müasir təhsilin fəlsəfəsi", “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Psixo-pedaqoji yanaşma”, “Öyrətmənin və öyrənmənin xüsusiyyətləri”, “Sinfin idarəedilməsi”, “Tədrisin standartlar əsasında təşkili”, “Məktəbdaxili qiymətləndirmə”, eləcə də digər  mövzularda seminar və ustad dərslərdə iştirak ediblər.

Yekun tədbirdə iştirakçılar müvafiq tapşırıqları yerinə yetirdikdən sonra onlara sertifikat və müxtəlif simvolik hədiyyələr təqdim edilib.

2017-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşəbbüsü ilə başlayan bu layihədən indiyədək 70-dən artıq tələbə faydalanıb.


Açar sözlər: ,