• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Estoniyaya təhsil səfəri

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində Estoniyanın Tallin şəhərinə təhsil səfəri təşkil edilib.

Səfər “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi və “Junior Achievement Estoniya”nın təşkilatçılığı ilə həyata keçirilib. 5 günlük səfərin əsas məqsədi sahibkarlığın və maliyyə savadlılığının tədrisi sahəsində Estoniya təcrübəsini öyrənmək olub.

Səfərdə layihənin işçi qrupunun üzvləri - Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin baş məsləhətçisi Orxan Abbasov, “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyinin icraçı direktoru Sevinc Məmmədova, layihə meneceri Aytən Paşayeva, Azərbaycan Mikromaliyyə Assosiasiyasının maliyyə meneceri Sevinc Rüstəmova, “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşı İradə Məmmədova və “Azercell Telekom”un əməkdaşı Fidan Tofidi iştirak ediblər. Səfər iştirakçıları sahibkarlığın gənclər arasında təşviqi və tədrisi üzrə təcrübə qazanıblar.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti məktəblilərin təmsil olunduğu şirkətlərin sərgisində iştirak ediblər. Növbəti günlərdə dövlət, biznes qurumları, inkubasiya mərkəzləri və yerli məktəblərdə müəllim və tələbələrlə görüşlər keçirilib.

Səfər çərçivəsində “Junior Achievement Estoniya” tərəfindən sahibkarlığın və maliyyə savadlılığının tədrisi üzrə milli siyasət və srategiya ilə yaxından tanış olmaq üçün Təhsil, Maliyyə və İqtisadiyyat nazirliklərinin rəsmiləri ilə də görüş təşkil edilib.

“Junior Achievement Estoniya” orta məktəblərdə sahibkarlığın, maliyyə savadlılığının tədrisində iştirak edən və dövlət tərəfindən dəstəklənən aparıcı təşkilatlardan biridir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti təşkilatın təlim proqramları, sahibkarlığın, maliyyə savadlılığının tədrisində vətəndaş cəmiyyətinin iştirakı və rolu haqqında ətraflı məlumat əldə edib.


5 il əvvəl