• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı

Fevralın 21-də BP şirkətinin təşkilatçılığı ilə “Autizm spektr pozuntusu (ASP) olan şəxslərə dəstək” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak ediblər.

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin məqsədi autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək və inklüziv düşüncə tərzini artırmaqdır. Bu məqsədlə layihəyə bir sıra xüsusi fəaliyyətlərin icrası üçün beynəlxalq ekspertlər cəlb olunacaq. Layihə çərçivəsində autizmli şəxslərin innovativ üsullarla müalicəsi, valideyn və mütəxəssislərin təlimi, icmalarda təbliğat və məlumatlandırma proqramları həyata keçiriləcək. Müddəti 10 ay olan layihə “Birgə və sağlam” İctimai Birliyi tərəfindən yerinə yetiriləcək.

Heydər Əliyev Fonduna və BP şirkətinə təhsilin inkişafına verdikləri dəstəyə görə təşəkkür edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, inklüziv təhsil proqramlarının qəbulu Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Nazir müavini diqqətə çatdırıb ki,  Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslərə 2004-cü ildən başlanılıb. “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı YUNESCO-nun maliyyə dəstəyi ilə 3 pilot layihə həyata keçirilib. Layihə nəticəsində 15 ümumi, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. Layihələrin müddətinin bitməsinə baxmayaraq, inklüziv təhsilə cəlb edilmiş şagirdlər müəssisələrdə təhsilini davam etdirirlər.

Nazir müavini 2015-2016-cı tədris ilindən YUNİSEF-lə birgə əməkdaşlıq çərçivəsində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıldığını deyib. Layihə çərçivəsində xüsusi təhsil sahəsində köklü islahatların aparılması, sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi və bu sahədə yeni yanaşmaların tətbiqi həyata keçirilib. 4 pilot məktəbdə ümumilikdə 54 nəfər sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub. Həmin şagirdlərdən 1-i autizm spektr pozuntusu olan uşaqdır.

Bildirilib ki, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkil olunması məqsədi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramının icrası ilə bağlı müzakirələrin təşkili və təkliflərin hazırlanması üçün nazirliyin müvafiq əmri ilə İşçi Qrupu yaradılıb, bir sıra tədbirlər həyata keçirilib.


5 il əvvəl