18.02.2019 14:00

Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının səfiri ilə görüşüb

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb.

Firudin Qurbanov iki ölkə arasındakı əlaqələrin tarixi inkişafı barədə qonağa ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstanla müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Firudin Qurbanov iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri  Xeyrullah Spelanay hər iki ölkənin ortaq dəyərlərə malik olduğunu bildirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir müharibə şəraitinin Əfqanıstan mədəniyyətinə, o cümlədən təhsilinə təsirsiz ötüşmədiyini deyib. Səfir Əfqanıstanda əsasən özəl ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini, hazırda təhsilin keyfiyyətinin artırılmasının aktual məsələlər sırasında olduğunu söyləyib.

Xeyrullah Spelanay ölkəsinin peşəkar kadrlarla təmini baxımından BDU ilə Əfqanıstan universitetləri arasında intensiv əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.

Qonaq görüş çərçivəsində BDU-nun elm və tədris mərkəzləri ilə yaxından tanış olub.


Açar sözlər: