18.02.2019 12:00

İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı

Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Tədbirlər Planına əsasən, 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans, simpozium və seminarların keçirilməsi, dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda dərc olunması nəzərdə tutulur.

Həmçinin təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunacaq.

Bununla yanaşı, il ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək.