• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb.

Görüşdə Firudin Qurbanov son illər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və uğurlu layihələr barədə məlumat verib.

Firudin Qurbanov bu il 100 illiyi qeyd ediləcək Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verdiyini, həmçinin  yüksək ixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu nəzərə çatdırıb.

Daha sonra Firudin Qurbanov qeyd edib ki, dissertasiya mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun aktuallığı, onun ədəbiyyatda  əksi, tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınmalıdır. Həmçinin еlm və təhsilin qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişafını təmin edən prioritet istiqamətlər diqqətdə saxlanılmalıdır.

Azərbaycan alimlərinə “Clarivate Analytics” şirkətinin elmi bazasından istifadə imkanlarının yaradıldığını qeyd edən Firudin Qurbanov dünya elminə inteqrasiya məqsədilə dövlət başçısının 2018-ci il 18 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görüləcək məsələlərdən danışıb.

Tədbirdə doktorantlara lazımi məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.


5 il əvvəl