• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramı

YUNESKO Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün “Böyük Çin səddi” təqaüd proqramını elan edib. Magistratura, doktorantura və ya ixtisasartırma (elmi tədqiqat) səviyyələri üzrə elan olunan proqramın tədris dili ingilis və çin dilləridiir. Təqaüd proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün 2 yer ayrılıb.

Prooqrama müraciət etmək istəyən Azərbaycan vətəndaşları cari ilin martın 1-dək Təhsil Nazirliyinin elektron ərziə sistemini və www.campuschina.org/alumni/reg.html ərizə formasını doldurub təsdiq etməlidirlər.

Təqaüd proqramının müddəti 1 ildir. Namizədlər təhsillərinin növbəti illərini digər təqaüd imkanları və ya şəxsi vəsait hesabına davam etdirməlidirlər.

Təhsil haqqı, yataqxana və aylıq təqaüd (ixtisasartırma və magistratura üçün 3000 yuan, doktorantura üçün 3500 yuan) və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci, əlavə aylıq təqaüd (80 $) isə YUNESKO tərəfindən qarşılanacaq.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.


5 il əvvəl