• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 14-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, şagirdlərin sonrakı inkişafında mühüm rol oynayan “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ilbəil artır. Ölkəmizdə “Sabahın alimləri” Respublika müsabiqəsinin 8-ci dəfə keçirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, bu müddət ərzində müsabiqəyə 1500 nəfərədək şagird riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə 900-ə yaxın layihə təqdim edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.

Bu il Münsiflər Heyəti tərəfindən 82 şagirdin hazırladığı 50 layihə qalib seçilib. I yer üzrə 14 şagird (8 layihə), II yer üzrə 28 şagird (17 layihə), III yer üzrə 40 şagird (25 layihə) qalib elan olunub. Qalib layihələr Bakı (58 şagird, 38 layihə), Sumqayıt (15 şagird, 9 layihə) şəhərlərini, Abşeron (2 şagird, 1 layihə), Balakən (3 şagird, 2 layihə), Qax (2 şagird, 1 layihə), Şəki (2 şagird, 1 layihə), Ucar (2 şagird, 2 layihə) rayonlarını əhatə edir. 

Mərasimdə həmçinin ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 5 layihə üzrə 8 şagirdin adları açıqlanıb. Bakı Avropa Liseyinin şagirdləri Rüstəm Həbibullayev və Zamin Hüseynov, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin şagirdi Reyhan Camalova, 177 nömrəli tam orta məktəbin şagirdi Selcan Nurullayeva, 6 nömrəli tam orta məktəbin şagirdi Nigar Baxşəliyeva, akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Vaqif Məmmədzadə, Zəhra Qasımzadə və Ruslan Bayramov yaxşı layihə müəllifləri olaraq seçiliblər.

Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır.  Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlarına layiq görülüb. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il  ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.


5 il əvvəl