DÖST modeli əsasında əməkdaşlıq
Təhsil Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST) modeli əsasında iki ali təhsil müəsissəsində tələbə yataqxanalarının tikintisi layihəsi üzrə müvafiq qurumlarla əməkdaşlıq edir.
Layihənin hazırlıq mərhələsinə cavabdeh olan “KPMG Azərbaycan” şirkəti tərəfindən Təhsil, İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər aidiyyatı qurumların iştirakı ilə ilkin texniki iqtisadi əsaslandırmanın təqdimatı keçirilib.
Layihə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün DÖST modeli əsasında tələbə yataqxana obyektinin layihələndirilməsi, inşası, istismarı və idarəedilməsi konsepsiyasının hazırlanması məqsədinə xidmət edir.
5 il əvvəl
Digər xəbərlər
-
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28