• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Boks üzrə açıq birincilik başa çatıb

Şağan Olimpiya İdman Kompleksində 2003-2004-cü il təvəllüdlü boksçular arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.

Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən, idman klublarından 25 komanda olmaqla 182 idmançı mübarizə aparıb.

14 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası layiq görülüb.

Qaliblər kubok, medal və diplomlarla təltif edilib.

Birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında boks idman növünün təbliğ edilməsi, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.


5 il əvvəl