• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı müəllimlər Lester Universitetində səfərdə olub

Ölkənin ümumtəhsil məktəblərini təmsil edən 15 nəfər müxtəlif fənn müəllimi Böyük Britaniyanın Lester Universitetində səfərdə olub.

Səfərin məqsədi seçilmiş müəllimlərin peşəkarlıq səviyyəsini və mentorluq bacarıqlarını artırmaq, qabaqcıl təcrübələri Azərbaycanda təbliğ etməkdir.

Səfər proqramına müəllimlərin tədris fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, təlim prosesini düzgün planlaşdırmaq, formativ qiymətləndirmə vasitələrindən istifadə, ölçüləbilən təlim məqsədlərini müəyyənləşdirmək, şagirdlərlə səmərəli əks-əlaqənin təmini, dərs müşahidəsi zamanı müəllimlərin dəstəkləyici əks-əlaqəsinin təşkili kimi məsələlər daxil olub.  

Müəllimlər Böyük Britaniya məktəblərində istifadə edilən mövcud yanaşmalar, müasir təhsil nəzəriyyələri və metodik tövsiyələrlə tanış olublar.

Təlimin sonunda müəllimlər həmin proqram əsasında həmkarları ilə aparacaqları işləri əks etdirən fəaliyyət planı hazırlayaraq dəyərləndirmə üçün Lester Universitetinin nümayəndələrinə təqdim ediblər.  


5 il əvvəl