• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Neftçala şəhərində ümumtəhsil məktəblərinin direktorları ilə görüş

Fevralın 8-də təhsil naziri Ceyhun Bayramov Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın binasında rayonun ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə son illər təhsil sahəsində aparılan islahatlardan danışılıb, ümumi təhsil müəssisələrinin qarşısında duran həlli vacib məsələlər və nəzərdə tutulan hədəflərə çatmaq üçün məktəb rəhbərlərinin vəzifələri vurğulanıb.

Daha sonra nazir M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olub. Nazirə məlumat verilib ki, gimnaziyanın 380 şagird yerlik binası 1960-cı ildə inşa edilib. 2 mərtəbəli bina 5 korpusdan ibarətdir. Məktəbdə təhsil alan 439 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim və 39 texniki işçi məşğul olur. Bu şagirdlərdən 63 nəfəri məktəb binasında gecələyir.

2016-cı ildən məktəb binasında əsaslı təmir-tikinti işlərinə başlanılıb. Gimnaziyanın yataqxana və yeməkxana  binaları təmir olunaraq 2018-ci ilin sentyabr ayından, əsas tədris korpusu, idman və akt zalları isə cari ilin yanvar ayından istismara verilib. Hazırda yeni tədris korpusunda tikinti-quraşdırma işləri yerinə yetirilir. Binanın 90 nəfərlik akt zalında təmir-tikinti işləri başa çatdırılıb, mebel və inventarlarla təchiz olunub.

Qeyd edək ki, görüşdən öncə təhsil naziri Ceyhun Bayramov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.


5 il əvvəl