• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı,  Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi keçirilib.

Tədbirdə dövlət qurumlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

“Mənim arzularım” mövzusunda keçirilən müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan uşaqların dünyagörüşü, arzu və xəyalları ilə yaxından tanış olmaq, uşaqlar arasında qarşılıqlı hörmət və dostluq münasibətləri yaratmaq və gənc istedadları üzə çıxarmaqdır.

Dünyanın 22 ölkəsindən 222 təhsil müəssisəsinin qatıldığı müsabiqəyə 2000-dən çox  rəsm işi təqdim olunub. 6-15 yaşlı uşaqların iştirak elədiyi müsabiqə 2 mərhələdə – seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib.

Münsiflərin rəyi ilə 675 rəsm işi seçilib, bunlardan 187 iş  3 yaş kateqoriyası üzrə qaliblər sırasına daxil  olub. Şri-Lanka Demokratik Sosialist Respublikasından olan 6 yaşlı Dinuki Thathsarani Rathnathilaka adlı qız isə müsabiqənin ən yüksək “Qran-pri” mükafatına layiq görülüb.

Tədbir iştirakçıları müsabiqə qaliblərinin sərgisi ilə tanış olublar.

Qaliblərin təltif edilməsindən sonra qonaqlar mərkəzin bədii kollektivlərinin çıxışlarına tamaşa ediblər.

 


5 il əvvəl