• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Bakı Dövlət Universitetində Fransanın Lyon 2 Universitetinin Hüquq fakültəsinin dekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Təhsil nazirinin müavini, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Firudin Qurbanov Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyətini vurğulayıb.

Ötən ilin mayında Fransanın Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini xatırladan Firudin Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası qarşılıqlı əlaqələrin inkişafı baxımından səmərəli olduğunu diqqətə çatdırıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan Firudin Qurbanov Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Professor Giyoni Protyer Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmasından məmnunluğunu ifadə edib, BDU ilə ilkin tanışlığın onda xoş təəssürat yaratdığını söyləyib.

Görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Lion 2 Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda birgə müəllim və tələbə mübadilələri, proqram, seminar, simpozium, konfransların, “Əqli mülkiyyət hüququ” sahəsində mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 210 yaşlı Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə Hüquq fakültəsi yaradılıb. 1960-cı illərdə həmin universitet 2 müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon 2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Lyon 1 Universiteti tibb və təbiət elmlərini, Lyon 2 Universiteti hüquq, iqtisadiyyat və humanitar fakültələri, Lyon 3 Universiteti isə elmi-tədqiqat institutlarını birləşdirir. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.


5 il əvvəl