• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

British Council təşkilatının dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və ixtisaslaşmış peşə təhsili müəssisələrinin nümayəndələri üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə təlim səfəri təşkil olunub.

“Bacarıqların inkişafı” mövzusunda təşkil olunan təlim səfəri Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında bağlanılmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

Təlim səfərinin əsas məqsədi peşə təhsili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Təlim səfəri çərçivəsində peşə təhsili, milli kvalifikasiyalar sistemi, işəgötürənlərlə tərəfdaşlığın qurulması, peşə təhsili müəssisələrinin idarəedilməsi, büdcədənkənar maliyyə mənbələrinin müəyyən edilməsi və idarəolunması, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübənin təşkili ilə bağlı Böyük Britaniya təcrübəsi öyrəniləcək.


5 il əvvəl