• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində təlimlər

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Dağlıq Şirvan zonası üzrə Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində, Şəki-Zaqatala zonası üzrə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 80 nəfərdən artıq müəllim cəlb olunub.  

Təlimlər zamanı bildirilib ki, festivalın keçirilməsində  əsas məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə etməklə yaradıcı təfəkkür və açıq düşüncə tərzi formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə bağlı məlumatlandırmaqdır. Təlim iştirakçılarına festival çərçivəsində keçiriləcək “Ekoloji yönümlü və enerji effektli məktəb” və Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri haqqında ətraflı məlumat verilib.  

Növbəti təlimlər yanvar ayının sonlarında Aran və Gəncə-Qazax zonalarını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün keçiriləcək.


5 il əvvəl