• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Rəqəmsal bacarıqlar” layihəsi Londonda beynəlxalq sərgidə təqdim olunub

Təhsil Nazirliyinin və “Algoritmika“ beynəlxalq təhsil şirkətinin birgə pilot layihəsi olan “Rəqəmsal bacarıqlar” layihəsi yanvarın 23-də Londonda öz işinə başlayan Bett Show 2019” təhsil texnologiyaları sərgisində ayrıca stendlə təqdim olunub.

Təhsil naziri Ceyhun Bayramov stendlə tanış olub.

Layihənin stendinə sərgidə iştirak edən və Azərbaycanın bu istiqamətdə təcrübəsi ilə tanış olmaq istəyən bir sıra ölkələrin (BƏƏ, Pakistan, Hindistan kimi) təhsil müəssisələrinin nümayəndələri böyük maraq göstəriblər.

Sərgidə həmçinin “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov və "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov "Rəqəmsal bacarıqlar: ölkədə təhsil prosesinin transformasiyası" mövzusunda birgə təqdimat keçiriblər. Təqdimatı 50 nəfərdən çox iştirakçı dinləyib.

Dünya Təhsil Forumu çərçivəsindəı keçirilən ““Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. “Bett Show”  təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Yanvarın 26-na qədər davam edəcək sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gəlib.

Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26 000 şagirdi əhatə edir.

“Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.


5 il əvvəl