• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.

Təhsil naziri Forumun ikinci günündə "Təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması imkanları” adlı sessiyada çıxış edib. Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Ceyhun Bayramov müəllim peşəsinin nüfuzunun artırılmasının sözügedən strategiyanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən  təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılmasının bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verdiyini vurğulayıb. 

Ceyhun Bayramov eyni zamanda Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və həyata keçirilən pilot layihələrə dair məlumatı iştirakçıların nəzərinə çatdırib.

Daha sonra nazir sessiya çərçivəsində Forum iştirakçılarının suallarını cavablandırıb.


5 il əvvəl