• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

TOPs layihəsi çərçivəsində təlimlər başa çatıb

“TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı çərçivəsində 2018-2019-cu tədris ilində layihəyə cəlb olunan ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün təlimlər başa çatıb.

Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilən təlimlərdə 100 ümumtəhsil məktəbindən 355 fiziki tərbiyə müəllimi iştirak edib. Onlara layihə çərçivəsində ümumtəhsil məktəblərinin fiziki tərbiyə kurikulumuna uyğun hazırlanmış innovativ tədris materialları olan metodiki tədris kartları paylanılıb. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar təqdim olunacaq.

Təlimlərdən 60 min nəfərə yaxın şagird faydalanıb. Cari tədris ilində əlavə olaraq 200 ibtidai sinif müəllimi üçün təlimlərin təşkil edilməsi, təlimlərə cəlb ediləcək müəllim və şagirdlərin ilkin və yekun qiymətləndirilməsi, hədəf ümumtəhsil məktəblərində idman festivalları, “Açıq dərs”lər və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, TOPs layihəsi fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi, ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək təlim metodunun hazırlanması, həmçinin sağlam qida və aktiv həyat tərzinə dair məlumatlılığın artırılması məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019-cu tədris ilində layihəyə əlavə olaraq Bakı şəhərində fəaliyyət göstərən 100 ümumtəhsil məktəbi qoşulub. Beləliklə, layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb.


5 il əvvəl