• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çin Xalq Respublikasında 2019-2020-ci tədris ilində təhsil üzrə təqaüd proqramı  elan edilib.

Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Proqramda iştirak etmək istəyənlər cari ilin fevralın 11-dək müraciət edə bilərlər.

Təqaüd proqramı ilə bağlı elan və sual-cavabla aşağıdakı linklər vasitəsi ilə tanış olmaq mümkündür.

 

Çin Xalq Respublikasında Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil

Sual-cavab

 


5 il əvvəl