• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində təltifetmə mərasimi

Yanvarın 21-də Təhsil Nazirliyində təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən, məktəbdənkənar sahədə çalışan təhsil işçiləri və yüksək nəticə göstərən idmançılar ilə görüş keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili üzrə müəssisələrin rəhbərləri, idmançılar iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb.

Nazir müavini 2018-ci il ərzində Təhsil Nazirliyinin müvaviq əmrləri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilən təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Firudin Qurbanov təltif olunan şəxslərə Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri Fərman və təşəkkürnamələrini təqdim edib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təltif edilən şəxlər Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticələr əldə edən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2017-2018-ci il mövsümündə müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda uğurlu nəticələr qazanan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələridir.  

Mərasimin sonunda xatirə şəkil çəkdirilib.  


5 il əvvəl