• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Macarıstanda 2019-2020-ci tədris ili üçün daha bir təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib.

Proqrama əsasən, magistratura səviyyəsində bitkilərin mühafizəsi, kənd təsərrüfatının inkişafı və aqrobiznes, kənd təsərrüfatı üzrə biotexnologiya ixtisaslarına təqaüdlər təklif olunur.

Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, tibbi sığorta, yataqxana və  yaşayış xərcləri Macarıstan hökuməti tərəfindən qarşılanacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dək REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqədə yalnız 30 yaşadək namizədlər iştirak edə bilərlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

 


5 il əvvəl