• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Rəqəmsal bacarıqlar" layihəsi Londonda beynəlxalq sərgidə

"İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsi 23-26 yanvar tarixlərində Londonda keçiriləcək “Bett Show 2019” təhsil texnologiyaları sərgisində təqdim ediləcək.

Təhsil Nazirliyi tərəfindən "Algoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən pilot layihə üzrə görülən işlər ayrı-ayrı stendlərdə nümayiş olunacaq.

Bundan əlavə layihənin təqdimatı çərçivəsində "Rəqəmsal bacarıqlar: təhsil prosesinin ölkə daxilində dəyişdirilməsi" və "Uşaqlar üçün İT təhsili: miqyaslı  keyfiyyət" mövzularında iki seminar keçiriləcək.

Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26000 şagirdi əhatə edir.

“Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. Sərgi təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Bu il sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gələcək.

“Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.


5 il əvvəl